Əhəd Abıyev Dardərə kəndində sakinlərlə görüşdü - FOTOLAR

Əhəd Abıyev Dardərə kəndində sakinlərlə görüşdü -

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev növbəti səyyar qəbulunu rayonun Dardərə kəndində keçirib. İcra Hakimiyyətindən Gundeminfo.az-a daxil olan məlumata əsasən Daşkəsəndə əhalinin problemlərinin yerində öyrənilməsi və həlli məqsədilə Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev oktyabrın 23-də Əhmədli kənd inzibati ərazi vahidliyinə daxil olan Dardərə kəndində növbəti səyyar qəbulunu keçirib.

Açıq havada keçirilən qəbulu giriş nitqi ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev deyib:
- Ölkə başçısı cənab İlham Əliyevin səyyar qəbullarla bağlı tapşırıq və tövsiyəsinə əsasən Dardərə kəndində təşkil olunan görüşdə Rayon İcra Hakimiyyətinin məsul işçiləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak edirlər.

Əvvəlki səyyar qəbullarda olduğu kimi bugünkü görüşümüzün də əsas məqsədi siz kənd sakinlərini narahat edən məsələlərin həllidir. Vurğulamaq istəyirəm ki, vətəndaşların narahatlığına səbəb olan məsələləri öyrənərək daxili imkanlar hesabına operativ şəkildə yerində həll edirik, əgər ehtiyac olduğu halda Prezident Administrasiyasına lazımi məlumat verməklə aidiyyəti nazirliklər və təşkilatlar qarşısında məsələ qaldırırıq, icrası nəzarətə götürülür.

Daşkəsən rayonunda da regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına əsasən həm rayon mərkəzində, həm də kəndlərdə geniş abadlıq-quruculuq işləri aparılır. Belə ki, Daşkəsənin ən ucqar dağ kəndlərinə ardıcıl şəkildə müasir yolların çəkilməsi, yeni məktəb binalarının tikintisi, qazlaşdırılma və elektrik təchizatının, irimiqyaslı su və kanalizasiya layihəsinin icrası sahəsində işlər davam etdirilir. Bütün bunlar ölkə başçısı cənab İlham Əliyevin rayon əhalisinə göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.

Sizləri ölkəmizdəki əmin-amanlığı, sabitliyi qorumağa, müasir müstəqil Azərbaycanımızın qüdrətlənməsi naminə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin uğurla həyata keçirdiyi işlərə dəstək olmağa və hər birinizi ölkə rəhbərimizin ətrafında həmişə olduğu kimi daha sıx birləşməyə çağırıram.

İndi də xahiş edirəm, istər kəndlə, istərsə də şəxsi məsələlərlə bağlı müraciətlərinizi edəsiniz.

Daha sonra sakinlərin müraciətləri dinlənilib. Müraciətlər qaz xəttinin çəkilməsi, nasaz elektrik dirəklərinin dəyişdirilməsi, kəndə gələn yolun təmiri və digər şəxsi məsələlər haqqında olub.
Əhəd Abıyev sakinlər tərəfindən qaldırılan məsələlərin həlli istiqamətində aidiyyəti qurumlara müvafiq tapşırıqlarını verib. Müraciətlərin bir qismi yerində müsbət həll olunub.

Qəbul-görüşdə bir qrup YAP fəallarına – Dardərə kənd sakinlərinə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev tərəfindən Partiyanın üzvlük vəsiqələri təqdim olunub.

Dardərə kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.


Əhəd Abıyev Dardərə kəndində sakinlərlə görüşdü -
Əhəd Abıyev Dardərə kəndində sakinlərlə görüşdü -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
628 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...