Elmi Cərrahiyyə Mərkəzinin mütəxəssisləri Tərtərdə əhaliyə konsultativ tibbi yardım göstəriblər

Elmi Cərrahiyyə Mərkəzinin mütəxəssisləri Tərtərdə əhaliyə konsultativ tibbi yardım göstəriblər


Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin mütəxəssisləri Tərtər rayonunda əhalinin tibbi müayinəsini həyata keçirib.
Elmi Cərrahiyyə Mərkəzinin ümumi cərrah, kardiocərrah, damar cərrahı, cərrah-endokrinoloq, proktoloq, kardioloq, qastroenteroloq, endoskopist və şüa diaqnostika ixtisasları üzrə mütəxəssisləri Tərtər Rayon Mərkəzi Xəstəxanasında əhaliyə konsultativ tibbi yardım göstəriblər. Xəstəxanada tibbi müayinələrin aparılması üçün zəruri şərait yaradılıb. Mərkızin həkimləri tibbi müayinələrdə həvəslə iştirak etdiklərini bildiriblər. Sakinlər də müayinələrdən razılıqlarını ifadə ediblər.
Elmi Cərrahiyyə Mərkəzinin mütəxəssisləri həmçinin yerli həkimlərlə təcrübə mübadiləsi aparıb, bilik və bacarıqlarının bölüşüblər.
Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin direktoru, professor Rauf Ağayev bildirib ki, Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində regionlarda müasir səhiyyə ocaqları yaradılaraq yüksək avadanlıqlarla təchiz olunub. Səhiyyə Nazirliyinin rəhbərliyinin göstərişi ilə regionlarda mütəmadi olaraq əhaliyə tibbi xidmət göstərilməsi, konsultasiyaların aparılması, yerli həkimlərlə təcrübə mübadiləsi keçirməklə bilikləlkrinin artırılması böyük əhəmiyyət daşıyır.

Elmi Cərrahiyyə Mərkəzinin mütəxəssisləri Tərtərdə əhaliyə konsultativ tibbi yardım göstəriblər
Elmi Cərrahiyyə Mərkəzinin mütəxəssisləri Tərtərdə əhaliyə konsultativ tibbi yardım göstəriblər



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
595 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...