Kubalı mütəxəssis Azərbaycan millisinin baş məşqçisi təyin olunub

Kubalı mütəxəssis Azərbaycan millisinin baş məşqçisi təyin olunub

Kişi boksçulardan ibarət Azərbaycan yığmasında yeni baş məşqçi təyinatı rəsmiləşib.
Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən "Report"a verilən məlumata görə, milli komanda kubalı Umberto Orta Dominqezə həvalə edilib. 53 yaşlı mütəxəssislə 1 illik müqavilə imzalanıb. O, bu postda baş məşqçi vəzifəsini icra edən Nəriman Abdullayevi əvəzləyib.
N.Abdullayev isə əvvəlki kimi, yenə böyük məşqçi funksiyasını yerinə yetirəcək.
Umberto Orta 1966-cı ildə Kubanın Kamaquey şəhərində anadan olub. 1984-cü ildə ölkəsində Bədən Tərbiyəsi İnstitutunu bitirən mütəxəssis boks məşqçisi ixtisasına yiyələnib. O, 1984-1992-ci illərdə Kamaqueyin idman məktəbində boks müəllimi işləyib. U. Ortanın ardınca yığma karyerası başlayıb. Kubanın yeniyetmələrdən və gənclərdən ibarət yığmalarında çalışan mütəxəssis 1992-2005-ci illərdə məşqçi, növbəti 11 ildə baş məşqçi kimi işləyib. Mütəxəssis bu müddətdə 18 dünya birinciliyi, 1 dünya çempionatı, 2 Yeniyetmələrin Yay Olimpiya Oyunlarına komanda çıxarıb. Onun yetirmələri dünya birinciliklərində 80, Olimpiadalarda 9 qızıl medal qazanıb.
London-2012 və Rio-2016 Yay Olimpiya Oyunlarında Kubanı təmsil edən 10 boksçudan 9-u müxtəlif yaş qruplarında U.Ortanın rəhbərliyi altında çalışıblar. 2016-cı ilin oktyabrında mütəxəssis Rusiya yığmasına məşqçi təyin olunub. O, 1 il burda işlədikdən sonra qonşu ölkədə fəaliyyətini klubda davam etdirib
.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
582 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...