Dövlət Agentliyinin yığılmış zərəri 70 milyon manatı keçib

Dövlət Agentliyinin yığılmış zərəri 70 milyon manatı keçib

Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (İTSDA) 2018-ci ili 39,543 milyon manat xalis zərərlə başa vurub. Bununla da, Agentliyin bölüşdürülməmiş zərəri 2,3 dəfə artaraq 70,32 milyon manata çatıb.
“Report” bu barədə qurumun maliyyə hesabatına istinadən xəbər verir.
Sənədə əsasən, ötən il İTSDA-nın xidmətlərinin satışından gəlirləri 1,543 milyon manat (əvvəlki ilə nisbətən 43,4% çox), xidmətlərinin maya dəyəri 30,34 milyon manat (15,5% çox), sair gəlirləri 535 min manat (77,3% az), ümumi və inzibati xərcləri 11,306 milyon manat (54,65% çox), maliyyə gəlirləri 30 min manat (əvvəlki il olmayıb), mənfəət vergisi ödəmələri isə 4 min manat (əvvəlki il olmayıb) təşkil edib.
Bu il yanvarın 1-nə İTSDA-nın aktivləri 73,61 milyon manat olub ki, bu da illik müqayisədə 20,55% çoxdur. Hesabat dövründə Agentliyin öhdəlikləri 98,7% artaraq 3,074 milyon manata çatıb, balans kapitalı isə 18,5% artaraq 70,536 milyon manata çatıb, o cümlədən 4 milyon manatlıq nizamnamə kapitalı formalaşıb.
Xatırladaq ki, İTSDA 2016-cı ildə fəaliyyətə başlayıb. Agentlik icbari tibbi sığortanın tətbiqini təmin edən, baza zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitləri özündə cəmləşdirən, səhiyyə xidmətlərinin alıcısı olan və bununla bağlı zəruri xərclərin ödənilməsini təmin edən publik hüquqi şəxsdir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
465 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...