Oqtay Gülalıyev Respublika Neyrocərrahiyyə Xəstəxanasına köçürüldü

Oqtay Gülalıyev Respublika Neyrocərrahiyyə Xəstəxanasına köçürüldü

Səhiyyə Nazirliyi avtomobillə vurulan hüquq müdafiəçisi Oqtay Gülalıyevin vəziyyəti ilə bağlı yeni məlumat yayıb.

Nazirlikdən virtualaz.org-a bildirilib ki, saat 12 radələrində Oqtay Gülalıyevin ailə üzvləri xəstənin Respublika Neyrocərrahiyyə Xəstəxanasına keçirilməsini xahiş ediblər: ““City Hospital”da cərrahiyyə əməliyyatını icra edənlər Respublika Neyrocərrahiyyə Xəstəxanasının həkimləri olduğundan ailə üzvləri Gülalıyevin həmin həkimlərin nəzarəti altında olmasını istəyiblər.

Bu səbəbdən də saat 14.35-də Oqtay Gülalıyev “City Hospital”dan Respublika Neyrocərrahiyyə Xəstəxanasının reanimasiya şöbəsinə köçürülüb”.

“Hazırda xəstənin vəziyyəti ağır-stabil olaraq qalır”, - deyə məlumatda qeyd edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
476 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...