Vilayət Eyvazovdan yeni təyinat

Vilayət Eyvazovdan yeni təyinat
Daxili İşlər orqanlarında növbəti təyinat alıb.

Qaynarinfo unikal.org-a istinadən xəbər verir ki, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə, polis polkovniki Mirəziz Mirqasım oğlu Mirəliyev Daxili İşlər Nazirliyinin (DİN) Növbətçi Hissələri İdarəetmə Xidmətinin rəisi təyin olunub.

Xəbəri Daxili İşlər Nazirliyindən təsdiqləyiblər.

Qeyd edək ki, Nazirliyin idarə səlahiyyətli Növbətçi Hissələri İdarəetmə Xidmətinə növbətçi hissələr, "102" Xidməti-Zəng Mərkəzi və Təhlükəsiz Şəhər Xidməti daxildir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
462 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...