Azərbaycan məktəblərində 5 gün dərs olmayacaq

Azərbaycan məktəblərində 5 gün dərs olmayacaq
Azərbaycanda fəaliyyət göstərən məktəblərdə payız tətili yaxınlaşır

Gundeminfo.az xəbər verir ki, ümumi təhsil müəssisələrində 2019-2020-ci tədris ili üzrə payız tətili noyabrın 16-da başlayacaq. "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"nə əsasən, 16-20 noyabrda ümumtəhsil məktəblərində beş günlük payız tətili olacaq.

Məktəblərdə tədris ilinin beş günlük növbəti - qış tətilinin müddəti isə 27-31 yanvarda nəzərdə tutulub.

Qeyd edək ki, 1-5 mayda ibtidai siniflər üçün beş günlük əlavə yaz tətili müəyyən edilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
493 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...