Hadi Rəcəbli barəsində yayılan məlumatlara münasibət bildirdi, jurnalistlərə çağırış etdi

Hadi Rəcəbli barəsində yayılan məlumatlara münasibət bildirdi,

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli barəsində sosial şəbəkələrdə və bir sıra xəbər saytlarında yayılan məlumatlara aydınlıq gətirib.
H.Rəcəbli Pravda.az-a açıqlamasında onun adından yayılan məlumatların yanlış olduğunu qeyd edib.

“Heç vaxt demədiyim sözləri sosial şəbəkədə adımdan yazırlar. Sosial şəbəkələrdəki bəzi səhifələrdə yalan məlumatlar yayırlar. Bu, yolverilməzdir. Çıxışlarımı əsasən parlamentdə təmsil olunan jurnalistlər izləyirlər. Onlar fikir bildirsin, belə sözlər demişəmmi? Deyirəm, müəllimlərin əməkhaqqı artırılsın, amma mənim adımdan sosial şəbəkələrdə bunun əksini yazırlar. Nə vaxt demişəm, “Uşaqpulu” verilməsin? Əksinə, “Uşaqpulu”nun verilməsinin tərəfdarı olmuşam. Nə vaxt demişəm, 143 manatla yaxşı dolanmaq olar? Həmin məbləğin artırılmasının tərəfdarı olmuşam. Prezident İlham Əliyevin sərəncamları ilə sosial paketlər icra olundu, bu məbləğlər artırıldı. Hər kəs yazdığı yazının məsuliyyətini dərk etməlidir. Ona görə hər kəsdən diqqətli olmağı xahiş edirəm” – H.Rəcəbli bildirib.

Qeyd edək ki, Milli Məclisdə akkreditasiyadan keçən jurnalistlərin də bəziləri H.Rəcəblini müdafiə edib, onlar komitə sədrinin belə fikirlər səsləndirmədiyini qeyd ediblər.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
65 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...