İcra başçısının Soyulan kəndində səyyar qəbul-görüşü oldu

İcra başçısının Soyulan kəndində səyyar qəbul-görüşü oldu

Görüşdə rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət və digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, kənd sakinləri iştirak etmişlər.
Əvvəlcə rayon rəhbəri kənd sakinlərini qarşıdan gələn 17 noyabr Milli Dirçəliş günü münasibətilə səmimi qəlbdən təbrik edib, onlara cansağlığı, ailə xöşbəxtliyi, yeni-yeni əmək nailiyyətləri arzuladı.
Sonra ölkəmizdə gedən surətli inkişafdan, Azərbaycanın Beynəlxalq aləmdə siyasi nüfuzunun günü-gündən artmasından, onun etibarlı tərəfdaş kimi tanınmasından, Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Soçi şəhərində keçirilən “Valday ” Diskussiya Klubunun 7 illik iclasının plinar sessiyasında Ermənistanın baş naziri Nikol Paşinyana verdiyi tutarlı cavabdan-“Qarabağ Azərbaycandır və nida” danışdı. Bildirdi ki, möhtərəm Prezidentimizin çıxışının alqışlarla qarşılanması hər bir azərbaycanlını qürurlandırdı və Azərbaycanın Dağlıq Qarabağ probleminin həllində mövqeyinin dəyişməz olduğunu bir daha bəyan etdi.
İcra başçısı rayonda gedən tikinti-abadlıq işlərini, kənd təsərrüfatı sahəsində əldə olunan nailiyyətləri də dilə gətirdi. Qeyd olundu ki, rayon taxılçıları bu il buğda istehsalında hər hektardan 41,6 sentner məhsuldarlıq əldə ediblər.
Sahələrdən indiyədək 12 min tona yaxın “ağ qızıl”, 16 min 500 ton çuğundur toplanıb. Hazırda məhsul yığımı davam edir. Tərtərlilər pambıq yığımında məhsuldarlığa görə birinci yerdədirlər.
Son beş ildə rayonda tikinti abadlıq işləri də geniş vüsət alıb, yeni yollar çəkilib, körpülər tikilib, yeni inzibati binalar, 240 yerlik bir, 100 yerlik iki müasir körpələr evi-uşaq bağçası istifadəyə verilib. İndi tərtərlilərin müasir Tarix-diyarşünaslıq muzeyi, Uşaq-Gənclər Şahmat məktəbi, YAP rayon şöbəsinin yeni inzibati binası var.
Hazırda şəhərdə ayrılmış 4 hektar ərazidə möhtəşəm Olimpiya İdman Kompleksinin tikintisi gedir. Olimpiya İdman Kompleksində mini futbol meydançası, üzgüçülük hovuzu, əl oyunları, boks, taekvando, güləş üçün zallar, otel faəliyyət göstərəcək.
Şəhərin girişində Dövlət Bayrağı Meydanında isə Dövlər Rəmzləri Muzeyi tikilir. Burada sərgi zalı ilə yanaşı inzibati və yardımçı otaqlar da olacaq. Bütün görülən işlərin mərkəzində insan amili, onun maddi rifah halının yaxşılaşdırılması durur.
Rayon rəhbəri Soyulan kənd tam orta məktəbi üçün yeni binanın tikilməsinin də Regionları Sosial İqtisadi İnkişafına Dair Dövlət Proqramına salındığını bildirdi.
Sonra Soyulan kənd İƏD nümayəndə Mətləb Əsədov kənd haqqında məlumat verdi. İcra nümayəndəsi bildirdi ki, Soyulan kəndinin 137 təsərrüfatı, 160 hektar ərazisi var. Kənddə 523 nəfər əhali yaşayır. Ərazidə 1 tam orta məktəb, 1 tibb məntəqəsi, 1 kitabxana, 1 ticarət və iaşə obyekti, 1 ATS, 4 subartezin quyusu fəaliyyət göstərir. Bu il Soyulan kəndinin sakinləri 30 hektar buğda, 50 hektar pambıq, 10 hektar çuğundur əkmişlər. Hər hektardan 42 sentner taxıl, 42 sentner pambıq, 380 sentner çuğundur götürüblər. Hazırda pambıq və çuğundur yığımı davam edir.
Soyulan kəndinin kümçüləri bu il dövlətə 393 kiloqram barama təhvil veriblər.
İcra nümayəndəsi 3000 metr kəndarası yolun təmir olunduğunu, 300 metr ana arxın təmizləndiyini də bildirdi.
Sonra sakinlərin müraciətləri dinlənildi.
Kənd ağsaqqalı Əlövsət Səfərov əhalinin sosial durumunun yaxşılaşdırılması istiqamətində görülən işlərə görə Respublika Prezidentinə minnətdarlıqlarını bildirdi. O, kəndarası yolun asfaltlanmasına ehtiyac olduğunu qeyd etdi. Əskinaz Məmmədova kənddə suvarmada olan çətinliklərin aradan qaldırılması üçün yeni subartezian quyusunun vurulmasına ehtiyac olduğunu, fermer Zəfər Nəsirov kənd təsərrüfatının inkişafına dövlət tərəfindən göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə minnətdarlığını bildirdi.
Edilən müraciətlərin həll ilə bağlı rayon rəhbəri tərəfindən əlaqədar qurumlara müvafiq tapşırıqlar verildi.
Sonra fermer Zəfər Nəsirovun təsərrüfatı ilə tanış oldu.
Qəbuldan sonra rayon rəhbəri kənd ağsaqqalları ilə çay süfrəsi arxasında söhbət etdi.
İcra başçısının Soyulan kəndində səyyar qəbul-görüşü oldu
İcra başçısının Soyulan kəndində səyyar qəbul-görüşü oldu



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
509 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...