Kəmaləddin Heydərov Qətərin Azərbaycandakı səfiri ilə görüşüb

Kəmaləddin Heydərov Qətərin Azərbaycandakı səfiri ilə görüşüb
Noyabrın 20-də Azərbaycan Respublikasının Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov Qətər Dövlətinin Azərbaycan Respublikasında yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Feysal bin Abdullah Həməd Abdullah Al Hinzabla görüşüb...

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nazir qonağı salamlayaraq yeni səfir təyin olunması münasibətilə təbrik edib, ona diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Azərbaycan Respublikası ilə Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın işinə toxunan nazir Kəmaləddin Heydərov hər iki ölkənin dövlət başçılarının siyasi iradəsi sayəsində ölkələrimiz arasında bütün istiqamətlərdə əlaqələrin genişləndiyini diqqətə çatdırıb. O, həmçinin, Azərbaycan Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti barədə də qonağa geniş məlumat verərək, fəlakətlərin idarə olunması sahəsində ölkəmizdə son illər görülmüş işlərdən danışıb.

Səfir Feysal bin Abdullah Həməd Abdullah Al Hinzab, öz növbəsində, səmimi görüşə görə təşəkkürünü bildirərək, Azərbaycan və Qətər arasında əlaqələrin yüksək səviyyədə olduğunu diqqətə çatdırıb. O, Azərbaycanda fəaliyyət göstərəcəyi müddətdə bu əlaqələrin daha da inkişafı üçün öz tərəfindən səy göstərəcəyini bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
520 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...