Şəhid adından istifadə edən dələduz pul yığır - FOTO+VİDEO

Şəhid adından istifadə edən dələduz pul yığır -

Şəhidlərimiz bizim şərəf tariximiz, şanımız, qürurumuzdur. Ancaq ki, əfsuslar olsun ki, Azərbaycan torpağında şərəflilərlə bərabər, şərəfsizlər də yetişir. Pis toxumdan, pis qandan, zinadan əmələ gələnlər, hətta şəhid haqqına da girirlər. Bu gün apreldə şəhid olmuş Mikayıl Vahabzadənin anası Rumiyə xanım İsmayıllının Maçaxı kəndindən mənə zəng vurdu. Hal-əhval tutdum. Utana-utana dedi ki, “Aida xanım səni bir məsələ ilə bağlı narahat edirəm”.

Danışdı. Dinlədim... və dəhşətə gəldim.

...Sentyabr ayının 20-də Vahabovlar ailəsinə tanınmayan nömrədən zəng gəlir. Zəng edən Xəyal Bağırov valideynlərdən şəhid övladlarının olduğu və şəhdin özündən sonra yetim körpəsi olub-olmaması barədə xəbər soruşur. Valideynlər deyir ki, onların 20 yaşında şəhid olmuş övladı Mikayıl Vahabzadə institutu biitirən kimi əsgər gedib, özündən sonra bir nişanəsi qalmayıb. Zəng vuran Xəyal Bağırov onlara bildirib ki, ailənin oğlunun adından maşın bazarı ərazisində bir kişi əlində yazılı kağış mağazaları gəzərək deyir ki, Mikayılın oğlu xəstədir. Dövlət də heç bir yardım etmir. Ona görə də uşağın müalicəsi üçün qapı-qapı gəzib pul yığırlar... Və həmin şəkilləri və vodeogörüntünü ailəyə göndərir.


Sentyabrın 21-də dərdli ata Yaqub Vahabov dərhal Xətai Rayonunun 36-cı polis bölməsinə gedir, Xəyal Bağırovla görüşüb, orada ərizə yazır. Bu günə qədər ata Bakıya, Xəyal Bağırova zəng vurub, onların Vətən uğrunda canından keçən oğlunun adından istifadə edən, dövlətimizin imicinə ləkə yaxan dələduzun tutulması barədə xəbər öyrənə bilmirlər. Deyirlər ki, dələduzu tutmaq mümkün olmayıb.

Şəhid adından istifadə edən dələduz pul yığır -


Şəhid anası Rumiyə Vahabova göz yaşları içərisində bunları da dedi:


“Mənim oğlumun heç bir nişanəsi qalmadı. Oğlum şəhid olandan sonra, ikinci oğlum Rüfət aylarla xəstə yatdı. Mən oğlumun şəhid adından istifadə edib, heç bir qapını döymədim. Həyat yoldaşımın sümüklərində yeyilmə var. Mən utandığımdan bu barədə də heç kimə demirəm. Öz gücümüzə müalicə edirik. Oğlumun şəhid statusundan istifadə etmirəm. Onun adının ucalığı mənə bəsdir. Oğlum Vətən uğrunda həlak olub, Bayraq uğrunda cavan canından keçib. O olmayandan sonra dünyanın malı nəyimə gərəkdir?”.

Şəhid anasının həyıcanını, narahatlığını çatdırmaq mənim də vəzifə borcumdur. Aprel döyüşçülərimiz şəhid olan gündən onların dərdlərin şərik çıxmışam, qapılarını açmışam. Azərbaycan şəhidlərinin adına deyilən, dövlətimin onlara göstərilən qayğısını aşağılayan söz mənim şərəfimə dəyir.

İnanıram ki, əlaqədar təşkilatlar bu məsələni diqqətdə saxlayacaq, sabaha qədər,bu dələduzları tapıb, ifşa edəcək, cəmiyyət göstərib, dövlətimizin imicini ləkələyən belə şəərəfsizlərə ən ağır cəzanı verəcəklər.

Aşağıda şəhid Mikayıl Vahabzadənin şəkillərini təqdim edirik.
Şəhid adından istifadə edən dələduz pul yığır -
Şəhid adından istifadə edən dələduz pul yığır -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
55 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...