Bu banklarda əmanət və krediti olanların nəzərinə - İnsanların başına belə oyun açırlar

Bu banklarda əmanət və krediti olanların nəzərinə -

“Müflişləşmiş banklar ilə bağlı vətəndaşlarımızı narahat edən məsələlərdən biri də əmanət və kredit öhdəliklərinə fərqli yanaşmanın tətbiq olunmasıdır”.

“Yeni Sabah” xəbər verir ki, bunu iqtisadçı-ekspert Vüqar Bayramov bildirib. O, müflişləşmiş banklarla bağlı problemləri belə izah edib:

“Son aylar bu məsələ ilə bağlı İqtisadi və Sosial İnkişaf Mərkəzinə (CESD) müraciətlər daha çox qorunmayan əmanətlərin kredit öhdəliklərin əvəzlənə bilməsi ilə əlaqədardır. Məsələn, Biləsuvar rayonun sakini Azad Mahmudovun müflişlən bankların brində 10 522 dollar əmanəti, 13800 manat isə kredit öhədliyi olub. Hər iki öhdəlik eyni bankda olub. Kredit götürülən zaman əmanət məbləği nəzərə alınaraq borclanma rəsmilləşib. Bank müflis olub. Əmanət qorunmayan olduğundan geri qaytarılmır, əksinə kreditə faizlər hesablanmaqda davam edir. Yəni, vətəndaş öz halal əmanəti ala bilmir, amma ondan kredit ödəmək tələb olunur. Maraqlıdır ki, bank və daha doğrusu müflişləşmiş bank rəhbərliyi vətəndaşın əmanətini rahatca və əksər hallarda şəffaf olmayan şəkildə xərcləsə də, onu qaytarmağa məsul deyil. Amma vətəndaş öz vacib xərclərini ödəmək üçün kredit götürsə də, onu əmanəti ilə əvəzləşdirə bilmir”.

Ekspert bu problemləri qanunvericilikdəki boşluqla əlaqələndirib:

“Bu o deməkdir ki, vətəndaşın pulunu xəcləyən müflisləşmiş bank rəhbərliyi heç bir məsuliyyəti yoxdur, amma vətəndaş kredit öhdəliyindən azad olunmur. Bu da birbaşa qanunvericilikdəki boşluq ilə bağlıdır. Əgər, vətəndaşın pulunu xərcləyən bank hər hansı öhdəlik daşımırsa, bu halda vətəndaş ona borclu olan bank niyə pul qaytarmalıdır? Halbuki, qanunvericiliyin təkmilləşdirilməsi və hər iki öhdəliyin müqayisə edilərək əvəzlənməsinə imkan verməlidir.

Mövcud qanunvericilik, müflis olan banklarda vətəndaşdan daha çox bank rəhbərləinin maraqalarını müdafiə etdiyindən onun dəyişdirilməsinə ehtyac var. Buna görə də, biz təklif edirik ki, fizik şəxslərin öhədlikləri və eləcə də ona olan öhdəliklərin əvəzlənməsinə imkan yaradılsın. Belə ki, bank müflis olan zaman vətəndaşın bankda 17 877 min manat əmanəti olubsa və banka kredit borcu 13800 manat olubsa, o zaman kredit xətti bağlanmalı və vətəndaşa 4087 manat ödəməyə imkan verən qanunverici dəyişiklik həyata keçirilməlidir. Eyni zamanda bu əvəzləmələr banklar üzrə deyil, fiziki şəxslər üzrə aparmalıdır. Belə ki, əgər vətəndaş bir müflis olan bankda əmanəti, digərində kredit öhdəliyi varsa onların da əvəzlənməsinə imkan yaradılmalıdır. Bu baxımdan, müflis olan banklarda öhdəliyi olan vətəndaşlarımızın hüquqlarının tam qorunması üçün qanunvericiliyə dəyişiklik edilməsi zəruridir”.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
58 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...