Bacısının ərini öldürən “Hozu”ya hökm oxundu

Bacısının ərini öldürən “Hozu”ya hökm oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsində bacısının həyat yoldaşını qətlə yetirməkdə ittiham olunan 45 yaşlı Rauf Şirinovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Virtualaz.org-un xəbərinə görə, prosesdə hökm oxunub. Hökmə əsasən, R.Şirinov 13 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, dövlət ittihamçısı çıxışında Rauf Şirinovun 18 il müddətinə azadlıqdan məhrum edilməsini, mərhumun qardaşı isə R.Şirinova ömürlük cəza verilməsini istəyib.

İttihama görə, Ramiz Məmmədov Rauf Şirinovun evinə qonaq gəlib. Həmin vaxt Ramiz Məmmədov həyat yoldaşı- Raufun bacısı ilə mübahisə edib. Mübahisə zamanı Ramizin həyat yoldaşına söyüş söyməsini qəbul etməyən Rauf bunun qisasını almaq istəyib. Bu məqsədlə də "Vinçestr" markalı odlu silahını götürərək Ramiz Məmmədovun iş yerinə gedib. Əvvəlcə orada mübahisə ediblər. Daha sonra söhbəti kənar yerdə davam etdirməyə razılaşıblar. İyunun 14-nə keçən gecə saat 01:00 radələrində Bakıxanov qəsəbəsi, Bəşir Bünyadov küçəsi, 312 saylı binanın qarşısında mübahisəni davam etdiriblər. R.Şirinov qohumunun avtomobilinin qarşısını kəsərək onu güllələyərək qətlə yetirib. Qarın və ayaq nahiyəsindən iki güllə yarası alan R.Məmmədov 3 saylı klinik xəstəxanaya çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, dünyasını dəyişib. Hadisə yerindən qaçan Rauf Şirinov bir neçə gün sonra saxlanılıb.

Rauf Şirinov "Hozu" ləqəbi ilə tanınırmış.

R.Şirinova Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə; xüsusi amansızlıqla və ümumi təhlükəli üsulla törədilkdə) maddəsi ilə ittiham irəli sürülüb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
490 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...