"Tələbələr qidadan zəhərlənməyib" - AQTA sədri

"Tələbələr qidadan zəhərlənməyib" -
"Bakı Dövlət Universitetin (BDU) yataqxanasında tələbənin ölümü qida zəhərlənməsindən olmayıb".

"Report" xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentiyinin sədri Qoşqar Təhməzli BDU-nun yataqxanasında zəhərlənmə hadisəsi ilə bağlı jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, BDU-nun yataqxanasında 3 tələbənin zəhərlənməsi hadisəsi ilə bağlı cinayət işi başlanılıb, istintaq aparılır: "Sonda Qida Təhlükəsizliyi Agentliyi ümumi açiqlama verəcək. KİV-də bu barədə bir sıra yalnış informasiyalar yayılıb. Bu hadisəni qida zəhərlənməsi halı olaraq qələmə verməyə çalışdılar. Ölümə səbəb qida mənşəli zəhərlənmə deyil, toksik zəhərlənmədir".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
481 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...