Bu, ən maraqlı parlament seçkisi kimi tarixə düşə bilər...

Bu, ən maraqlı parlament seçkisi kimi tarixə düşə bilər...

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev ölkədə növbədəkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı sərəncam verib. Sərəncama əsasən ölkədə Milli Məclis buraxılıb və yeni seçkilər fevralın 9-da keçiriləcək.

Parlamentin buraxılması ölkədə tarixi bir hadisədir.

“Qafqazinfo” xəbər verir ki, Yeni Azərbaycan Partiyasının parlamentin buraxılması ilə bağlı ölkə başçısına çağırışından sonra, cəmiyyət onsuz da, yeni seçkiyə köklənmişdi.

Artıq bir həftədir ki, seçki ab-havası həm sosial şəbəkələrdə, həm də ictimaiyyətdə hiss olunmağa başlayıb və müxtəlif spektrlərdən olan insanlar seçkiyə gedəcəklərini açıqlayırlar.

Bu da onu göstərir ki, VI çağırış Milli Məclisə keçirilən seçkilər Azərbaycanda ən aktiv parlament seçkisi kimi yadda qalacaq.

V çağırış parlamentin vaxtından əvvəl buraxılması onunla əsaslandırılmışdı ki, Milli Məclis aktiv fəaliyyət göstərmir, ölkədə gedən proseslərə adekvat deyil və həyata keçirilən islahatlarla ayaqlaşmır. Yeni tələblərə cavab verəcək qanunverici orqanının formalaşması zərurəti yarandığına görə, növbədənkənar seçkilərin keçirilməsi qərara alınıb.

Ölkə başçısı da belə bir sərəncam verməklə, artıq yeni seçkilərin startını vermiş oldu. Bununla da, ölkədə aparılan islahatların yeni mərhələsinin əsası qoyuldu. Son bir neçə ayda həyata keçirilən islahatların kulminasiya nöqtəsini növbədənkənar seçkiləri hesab etmək olar.

Bu seçkilərin ölkə tarixində yeni bir siyasi mühitdə, rəqabət şəraitində olduqca qızğın keçiriləcəyi gözlənilir. Artıq bir sıra siyasi təşkilatların nümayəndələri seçkiyə qatılacaqlarını elan ediblər. Hələlik isə gözləmək, maraqla prosesi izləmək, seçki marafonunda aktiv olmaq tələb olunur. Seçkidə iştirak etmək üçün yaş limiti də 18 olduğu üçün gənclərin də bu seçkidə aktiv iştirak edəcəklər. Bu da seçkiyə əlavə rəng qatacaq.

Qeyd edək ki, seçki ilə bağlı proqramı Mərkəzi Seçki Komissiyası elan etməlidir. Bundan sonra, imza toplanılması, namizədlərin qeydə alınması, təbliğat-təşviqat kimi bir sıra məsələlər ardıcıllıqla baş tutacaq.
Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
148 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...