Cavid Qurbanovun 300 milyonluq qatarları

Cavid Qurbanovun 300 milyonluq qatarları


“Azərbaycan Dəmir Yolları” QSC üçün hazırlanan dünyanın ən güclü yüklü lokomotivlərindən biri olan “AZ8A” QSC-nin balansına 2016-cı ilin dekabrında daxil olacaq.

AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir ki, 9 min ton yük daşıya bilmək gücünə malik bu elektrovozlar saatda 120 kilometrlər hərəkət edə biləcək. Fransanın “Alstom” şirkəti “AZ8A” lokomotivinin yığımını Qazaxıstanda həyata keçirəcək. Qeyd edək ki, Azərbaycan Dəmir Yollarına 50 yük elektrovozunun çatdırılmasına dair müqavilə prezident İlham Əliyev və Fransa prezidenti Fransua Ollandın iştirakı ilə keçirilən Azərbaycan – Fransa biznes forumunda imzalanıb. Müqavilənin dəyəri 300 milyon avrodur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1061 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...