“Qarabağ”a görə metronun iş saatı dəyişdi

“Qarabağ”a görə metronun iş saatı dəyişdi

Bakı Metropoliteni “Qarabağ”ın bu gün Avropa Liqasının qrup mərhələsinin son turunda “Düdelanj”a qarşı keçirəcəyi matça görə saat 00:30-a qədər işləyəcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə metropolitenin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov feysbukda məlumat yayıb.

O bildirib ki, azarkeşlərin qarşılaşmadan sonra rahat şəkildə ünvanlarına çatması üçün bu addım atılıb.

Qeyd edək ki, “Qarabağ” – “Düdelanj” matçı Bakı vaxtilə 21:55-də başlayacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
513 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...