“Azəriqaz” ilin şirkəti seçilib

“Azəriqaz” ilin şirkəti seçilib

“Caspian European Club”da Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunan “Caspian Business Award - 2019” mükafatlarının təqdimetmə mərasimi keçirilib.
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən “Report”a verilən məlumata görə, Birlik “Müasir istehsalat metodlarının tətbiqinə görə "İlin şirkəti” mükafatına layiq görülüb və mükafat “Azəriqaz”ın Baş direktoru Ruslan Əliyevə təqdim olunub.
Göstərilən diqqətə görə təşkilatçılara minnətdarlığını bildirən R.Əliyev qeyd edib ki, “Azəriqaz” İB bundan sonra da sahibkarların dostu kimi münasibətlərin daha da möhkəmləndirilməsinə çalışacaq.
Qeyd edək ki, “Biznes-hökumət dialoqunun inkişafına verdiyi töhvəyə görə” Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə heyətinin sədri Orxan Məmmədov da mükafat alıb. Mükafat alanlar sırasında Azərbaycanın digər tanınmış şirkətləri də var.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
519 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...