Gəncədə zibillikdə körpə tapıldı

Gəncədə zibillikdə körpə tapıldı

Gəncə şəhərində yeni doğulan uşağı zibilliyə atıblar.

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, dekabrın 23-də şəhərin Gülüstan qəsəbəsi ərazisində məişət tullantıları üçün qoyulmuş qutuların yanında yeni doğulmuş, naməlum oğlan uşağı tapılıb. Körpə 2 saylı Birləşmiş Uşaq xəstəxanasına yerləşdirilib.

Hazırda faktla bağlı araşdırma aparılır.

***

Səhiyyə Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, uşağı vətəndaşlar taparaq xəstəxanaya təhvil veriblər: “Körpənin səhhətində nəzərəçarpacaq ciddi problemlər görünmür. Müayinələri davam etdirilir. Hazırda həkim nəzarətindədir”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
483 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...