Ələkbərov Azərbaycanda 2 layihə üzrə danışıqlara başladı

 Ələkbərov Azərbaycanda 2 layihə üzrə danışıqlara başladı
Rusiyanın “Lukoyl” neft şirkətinin prezidenti, azərbaycanlı neft maqnatı Vahid Ələkbərov “Kommersant”a müsahibəsində Azərbaycanda iki layihə üzrə danışıqlar apardığını deyib.

Virtualaz.org xəbər verir ki, Vahid Ələkbərov həmin layihələrin adlarını açıqlamayıb.

“Azərbaycanda hazırda bizim danışıqlar prosesimiz gedir, hansı ki, biz bunu 2020-c ilin birinci kvartalında sürətlə yekunlaşdırmağı nəzərdə tuturuq. Bizi iki layihə maraqlandırır, amma mən hələ onları açıqlaya bilmərəm, hələlik onlarla bağlı müqavilə imzalanmayıb”, - milyarder bildirib.

V.Ələkbərov Azərbaycanla yanaşı Qazaxıstanda da “bəzi maraqlı layihələr” üzrə danışıqlar getdiyini deyib. Onun sözlərinə görə, “Lukoyl” Xəzərdə fəal geoloji-kəşfiyyat işləri də aparırı və gələn il “Xəzri” blokunda quyuların qazılmasına başlayacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
493 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...