"Baku Medical Plaza"da 40 gün müalicə alan şəxs öldü

"Baku Medical Plaza"da 40 gün müalicə alan şəxs öldü

Bakıda məşhur klinikada ölüm faktı qeydə alınıb.

Qlobal.az-ın "qafqazinfo”ya istinadla verdiyi xəbərə görə, 1950-ci il təvəllüdlü Sevil Zeynalova ağciyər xəstəliyinin kəskinləşməsi diaqnozu ilə noyabrın 13-də "Baku Medical Plaza”ya yerləşdirilib və orada müalicə almağa başlayıb. Lakin dekabrın 23-də xəstəxanada ölüb.

Polis və prokurorluq əməkdaşları tərəfindən meyitə baxış keçirilib, daxili müayinə olunması üçün məhkəmə tibb ekspertizası təyin edilib.

Faktla bağlı Xətai rayon prokurorluğunda araşdırma aparılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
473 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...