Bakının bu ərazisinə 2 gündür su verilmir

Bakının bu ərazisinə 2 gündür su verilmir
Paytaxtın Binəqədi rayonunun bəzi ərazilərində içməli suyun verilməsi artıq 2 gündür dayandırılıb.

Bu barədə Axar.az-a sözügedən rayon sakinləri məlumat verib. Məlumatda bildirilib ki, içməli suyun verilməsi Binəqədi rayonun Biləcəri qəsəbəsində və digər ərazilərdə dayandırılıb.

Məsələ ilə bağlı danışan Azərsu ASC-nin mətbuat katibi Anar Cəbrayıllı bildirib ki, hazırda Ceyranbatan-Binəqədi magistral kəmərlərinin birində baş vermiş qəza ilə əlaqədar təmir işləri aparılır:

“Bu təmir işləri ilə əlaqədar Binəqədi rayonunun bəzi ərazilərində suyun verilməsi dayandırılıb. Təmir artıq yekunlaşmaq üzrədir və təxminən 2-3 saat ərzində içməli suyun verilməsi gözlənilir”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
504 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...