Hansı hərbi hissədə qulluq edəcəyinizi buradan öyrənin

Hansı hərbi hissədə qulluq edəcəyinizi buradan öyrənin


Çağırışçılara müddətli həqiqi hərbi xidmətlərini hansı hərbi hissədə keçmələri barədə məlumatların internet və ya qısa mesaj (SMS) vasitəsilə verilməsi elektron xidməti bu gündən etibarən aktivləşib.

2015-ci ilin oktyabr çağırışına cəlb edilən çağırışçılar təyin olunduqları hərbi hissə haqqında məlumatı şəxsiyyət vəsiqələrinin seriya nömrələrini 9100 nömrəsinə qısa mesaj şəklində göndərməklə sentyabrın 30-dan başlayaraq öyrənə bilərlər.

Eyni zamanda, çağırışçılar təyin olunduqları hərbi hissə haqqında məlumatı şəxsi məlumatları daxil etməklə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəsmi internet saytının (www.seferberlik.gov.az) “elektron xidmətlər” bölməsinin müvafiq bölümündən də əldə edə bilərlər.

İyul çağırışında bu elektron xidmətə 400 mindən çox müraciət olub.(xezerxeber.com)



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1004 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...