“Yeni Milli Məclis toplandıqdan sonra...” - Təhsil üçün xaricə getmək istəyənlərin nəzərinə

“Yeni Milli Məclis toplandıqdan sonra...” -


Keçən il Təhsil Nazirliyinin ali təhsil müəssisələri və ixtisaslar üzrə bakalavriat səviyyəsində birillik ödənişli hazırlıq qrupları təşkil olunacağını bildirmişdi. Hazırlıq qruplarının qaydalarla müəyyən olunmuş ali təhsil müəssisələrinə qəbul aparılan ixtisas qrupları üzrə formalaşdırılacağını və hər qrupda tələbələrin sayının 20 nəfərdən çox olmayacağı nəzərdə tutulmuşdu. Ali təhsil müəssisələrinin hazırlıq qruplarında tədris olunan fənlər üzrə qrup birləşmələrinə icazə verilmir.

Hazırlıq qruplarında ixtisaslar üzrə tələbə qəbulu Nazirlər Kabineti tərəfindən müəyyən ediləcəyi bildirilib. Lakin hələ də bu istiqamətdə müsbət addım atılmayıb.

Bəs bu hazırlıq qruplarının taleyi necə olacaq? “Yeni Sabah”a açıqlama verən Kamran Əsədov bu məsələnin bu il də həll olunacağını güman etmədiyini bildirib:

“Əslində hazırlıq qrupunu ona görə etdilər ki, məsələn, ali məktəbə daxil olmaq üçün 82 min tələbə sənəd verib, qəbul planı isə 45 mindir. Qəbul ola bilməyən tələbələr isə xaricə üz tuturlar. Xaricə gedənlərin qarşısını almaq üçün ali təhsil müəssisələrinin boş qalmış yerlərin sayına uyğun hazırlıq qrupları yaradılmalı idi. Amma bu, mümkün deyil.

Birincisi bunun infrasturukturu yoxdur. Ona görə ki, ali təhsil müəssisələrinin kadr potensialı mühazirə və seminar prinsipinə əsaslanıb və birbaşa tədrisi həyata keçirilir. Amma hazırlıq qrupu isə ödənişli əsaslarla aparılacaq və burada tədris abituriyent səviyyəsində olmalıdır. Lakin bunu keçirməyə universitetin imkanı yoxdur. Çünki bunun aralıq imtahanı var, dərslik təminatı var və s. Bizim kadrımız yoxdur ki, özümüzə uyğun qanun yazsın.

Dəfələrlə təklif vermişik ki, biz sizə qanun-qaydalar yazmağa kömək edə bilərik. Bu hazırlıq qruplarının yaradılması yaxşı bir şeydir. Tələbələr universitetə psixoloji cəhətdən öyrəşə bilirlər. Biz 11-ci sinifi qutarıb, universitetə getmişik. Nəyin harada olduğunu heç bilmirdik. Universitetə adapatasiyaya müəyyən vaxt gedirdi. Azərbaycanda bunun bu ildə tətbiq olunacağını gözləmirəm. Mən düşünürəm ki, bu dəyişikliklər yeni Milli Məclis toplandıqdan sonra olacaq.

Amma burada bir məsələdə var. Siz bir il oxuyacaqsız, Azərbaycan qanunvericiliyi belədir ki, bir ildən sonra qəbul olduğunuz təqdirdə, yenidən birinci kursa başlayacaqsız və 5 il oxumuş olacaqsız. Bu, düzgün deyil. Bu məsələdə kifayət qədər boşluqlar var”.

Qaydalara əsasən, hazırlıq qruplarında təhsil əyani formada aparılacaq. Tədris ili 2 semestrdən ibarət olacaq. Hər semestrdə 15 həftə nəzəri tədris üçün, birinci semestrin sonunda 2 həftə tələbələrin biliyinin aralıq qiymətləndirilməsi üçün, ikinci semestrin sonunda isə 2 həftə buraxılış imtahanları üçün nəzərdə tutulacaq. Birinci semestrin sonunda tələbələrin biliyinin qiymətləndirilməsi və tədrisin keyfiyyətinin monitorinqi məqsədi ilə ali təhsil müəssisələri tərəfindən aralıq imtahanları keçiriləcək. Aralıq imtahanlarının nəticələrindən asılı olmayaraq, tələbələr ali təhsil müəssisəsinin hazırlıq qruplarından xaric olunmur və təhsillərini tədris ilinin sonunadək davam etdirəcəklər. Tələbə ali təhsil müəssisəsinin intizam qaydalarını kobud şəkildə pozduqda və ya tədris aparıldığı semestrdə fənlər üzrə ayrılmış ümumi saatların 25 faizindən çoxunda iştirak etmədikdə, ali təhsil müəssisəsinin hazırlıq qrupundan xaric olunacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
483 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...