İcra başçısı sakinlərlə görüşdü - FOTOLAR

İcra başçısı sakinlərlə görüşdü -

15 yanvar 2020-ci il tarixində Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov 4 №-li Bakı Peşə liseyində B.Nuriyev küçəsi 81, 81a, C.Naxçıvanski küçəsi 78, 82, 86 ünvanlarda yaşayan sakinlərlə növbəti səyyar qəbul keçirib.

Gundeminfo.az xəbər verir ki, qəbulda Rayon İcra Hakimiyyəti başçısı aparatının və 3 №-li sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları, rayonun xidmət sahələrinin rəhbərləri və sakinlər iştirak ediblər.
Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov əhalinin problemlərinin yerində öyrənilməsi və həlli ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin verdiyi tövsiyə və tapşırıqlara uyğun olaraq, rayonda mütəmadi olaraq səyyar qəbulların keçirildiyini qeyd edib, rayonda aparılan abadlıq və yenidənqurma işlərindən, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən və bu sahədə qarşıda duran vəzifələrdən ətraflı danışıb.

Qəbulda sakinlərinin təklifləri, müraciət və şikayətləri rayon rəhbərliyi tərəfindən dinlənilib, vətəndaşların müraciətlərində qaldırılan məsələlərin bəziləri yerində həll edilib, əlavə araşdırmaya ehtiyac olan digər məsələlərin qanunvericiliyə uyğun və operativ həlli üçün müvafiq təşkilat rəhbərlərinə tapşırıqlar verilib və nəzarətə götürülüb.


İcra başçısı sakinlərlə görüşdü -
İcra başçısı sakinlərlə görüşdü -
İcra başçısı sakinlərlə görüşdü -

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
53 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...