“Abşeron” yatağının işlənməsinin icra vəziyyəti müzakirə edilib

“Abşeron” yatağının işlənməsinin icra vəziyyəti müzakirə edilib

Energetika naziri Pərviz Şahbazov “Total” şirkətinin Azərbaycan üzrə İcraçı direktoru Regis Agutu qəbul edib.

Energetika Nazirliyindən “Report”a verilən məlumata görə, görüşdə “Abşeron” layihəsinin icra vəziyyəti və “Total” şirkəti ilə bərpa olunan enerji sahəsində əməkdaşlığa dair məsələlər müzakirə edilib.

Energetika naziri “Abşeron” layihəsi çərçivəsində görülən işləri, ölkənin daxili tələbatının ödənilməsində böyük qaz-kondensat ehtiyatlarına malik bu yatağın rolunu yüksək qiymətləndirib. Nazir yataqda hasilatın başlanması və növbəti inkişaf mərhələsi üzrə şirkətin planları ilə maraqlanıb.

“Total” şirkətinin Azərbaycan üzrə İcraçı direktoru “Abşeron” layihəsini hər iki tərəfin maraqlarına cavab verən layihə kimi dəyərləndirib. Xəzər dənizində ən dərin quyunun qazılması da daxil olmaqla “Abşeron” yatağında hasilata başlanması istiqamətində həyata keçirilən işlər barədə məlumatları diqqətə çatdırıb. Regis Agut bildirib ki “Abşeron” yatağından ilk qazın əldə edilməsi 2021-ci ildə nəzərdə tutulur.

Görüşdə “Total” şirkətinin enerji transformasiyası prosesində roluna və bərpa olunan enerji sahəsindəki fəaliyyətinə də toxunulub. Energetika Nazirliyi və “Total Eren” şirkəti arasında Azərbaycanda bərpa olunan enerji sahəsinin inkişaf etdirilməsi məqsədilə imzalanmış “Anlaşma Memorandumu” xatırladılıb və bərpa olunan enerji layihələri üzrə keçiriləcək hərraclarda şirkətlə əməkdaşlığın davam etdirilməsi niyyəti ifadə edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
462 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...