Ailənin vəfat edən 3 üzvünə bildiriş gəldi - Biri 14 il əvvəl ölüb

Ailənin vəfat edən 3 üzvünə bildiriş gəldi -

28 saylı Sabunçu üçüncü seçki dairəsi 9 fevralda keçiriləcək növbədənkənar parlament seçkilərində dünyasını dəyişmiş şəxslərin adına seçkidə iştirak etməklə bağlı bildiriş göndərib.

Bu barədə “Qafqazinfo”ya vəfat etmiş şəxslərin yaxınları məlumat veriblər. Bildirişə əsasən, həmin şəxslər Nizami: 9 ünvanında yerləşən 4 saylı seçki məntəqəsinin seçicilər siyahısına daxil ediliblər.

Söhbət Dairə Seçki Komissiyası tərəfindən seçici kimi təqdim edilən Rəfiqə Vəliyeva, Xədicə Vəliyeva və Həsənağa Vəliyevdən gedir. Amma adıçəkilən şəxslər - R. Vəliyeva 2006-cı ilin dekabrın 20-də, X. Vəliyeva 2018-ci ilin sentyabrın 3-də, Həsənağa Vəliyev isə 2019- cu ilin iyun ayında vəfat edib.

Ailəni təəccübləndirən əsas məsələ 1 ünvana vəfat etmiş 3 şəxslə bağlı bildirişlərin göndərilməsi ilə yanaşı, onlardan birinin hələ 14 il əvvəl dünyasını dəyişməsidir. Belə ki, həmin şəxsin ölümündən sonra ölkədə 2 dəfə vətəndaşların siyahıyaalınma prosesi baş tutub.

Qeyd edək ki, seçicilərlə bağlı bildirişlərin hazırlanması və ünvanlara çatdırılması birbaşa Dairə Seçki Komissiyasının səlahiyyətindədir.
Ailənin vəfat edən 3 üzvünə bildiriş gəldi -

“Qafqazinfo” məsələ ilə bağlı Mərkəzi Seçki Komissiyasına bir neçə gün əvvəl sorğu göndərsə də, komissiya sorğunu cavablamayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
506 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...