Azərbaycan avtomobillərini ixrac edəcək ölkələrin adları açıqlandı

Azərbaycan avtomobillərini ixrac edəcək ölkələrin adları açıqlandı

“Azərbaycan Orta Asiya bazarlarına minik avtomobillərinin ixrac imkanlarını araşdırır”.
Bunu “Report”a açıqlamasında Azərbaycan İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov bildirib.
Nazir müavinin sözlərinə görə, hazırda “Khazar” markalı minik avtomobillərinin Orta Asiya bazarlarına - Özbəkistan, Qazaxıstana ixracının həyata keçirilməsi üzərində ciddi iş aparılır: “Bununla yanaşı, “Khazar” markalı minik avtomobillərinin Rusiya, Ukrayna bazarlarına ixracı ilə bağlı da müzakirələr aparılır”.
Xatırladaq ki, Azərbaycan Prezidentinin 2015-ci il tarixli sərəncamına əsasən, yaradılmış Neftçala Sənaye Məhəlləsinin dövlət başçısının iştirakı ilə 2017-ci ilin 24 sentyabr tarixində açılışı olub. Neftçala Sənaye Məhəlləsindəki ən böyük müəssisələrdən biri “AzKron” MMC avtomobil istehsalı zavodudur. Müasir texnologiyalar əsasında qurulan “AzKron” MMC avtomobil istehsalı zavodunda "Khazar", "Peugeot", "Renault" kimi avtomobil modelləri istehsal olunur.
“AzKron” MMC-nin illik istehsal gücü 10 min ədəd, o cümlədən 2 min ədəd ixrac üçün nəzərdə tutulub.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
34 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...