Fəzail Ağamalı Qarabağlıda – FOTOLAR

Fəzail Ağamalı Qarabağlıda –


Oktyabrın 12-də 60 saylı Salyan-Neftçala seçki dairəsindən deputatlığa namizəd hazırkı millət vəkili, Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalı Qarabağlı inzibati ərazisində seçicilərlə görüşüb.

Partiyanın mətbuat xidmətindən Modern.az-a verilən məlumata götə, görüş Fəzail Ağamalının təklifi ilə iki gün öncə Ankara şəhərində baş vermiş terror aktında həlak olanların bir dəqiqəlik sükutu ilə başladı.

Fəzail Ağamalının səlahiyyətli nümayəndəsi görüşü açaraq, sözü seçicilərə verdi. Kənd ağsaqqallarından Cəlil Məmmədov, Yavər Orucov, Qarabağlı kənd Ağsaqqallar Şurasının sədri Hacı Musa Kazımov, müəllimə Maral Orucova, kənd ziyalısı Ramil Zeynalov ötən 5 ildə Qarabağlı və Kərimbəyli inzibati ərazilərində həyata keçirilən mühüm tədbirlərin üzərində dayandılar, kəndlərin tam qazlaşmasını, ən müasir məktəblərin istifadəyə verilməsini, çəkilməkdə olan Şirvan-Salyan magistral yolunun əhəmiyyətini önə çəkdilər və bütün bunlara görə ölkə prezidenti cənab İlham Əliyevə təşəkkürlərini bildirdilər, seçiciləri qarşıdan gələn parlament seçkilərində Fəzail Ağamalıya səs verməyə dəvət etdilər.
Fəzail Ağamalı Qarabağlıda –

Görüşdə çıxış edən şəhid anası Rahilə Şahbazova qarşılaşdığı problemləri F.Ağamalının diqqətinə çatdırdı və ondan dəstək istədi. Görüşün sonunda F.Ağamalı şəhid anası R.Şahbazovun yaşadığı evə gedərək, onun vəziyyətilə yerində tanış oldu. F.Ağamalı əgər seçilərsə, həmin problemlərin aradan qaldırılmasına kömək edəcəyinə söz verdi. Qeyd edək ki, növbəti görüş oktyabrın 16-da Çuxanlı kəndində keçiriləcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1005 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...