Təhqiqatçılara yeni hüquqlar verilir

Təhqiqatçılara yeni hüquqlar verilir

Azərbaycanda təhqiqatçıların hüquqları artırılır.

Oxu.Az-ın xəbərinə görə, bununla bağlı Cinayət Prosessual Məcəlləsinə dəyişiklik təklif olunur.

Təhqiqatçı cinayət təqibini həyata keçirərkən qanunun tələblərini rəhbər tutmalıdır. Həmçinin, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun göstərişlərinə və öz daxili inamına əsaslanaraq, zəruri prosessual qərarlar qəbul edir.

Öz səlahiyyətləri daxilində istintaq və ya digər prosessual hərəkətləri həyata keçirir.

Təhqiqatçının hüquqları həmin Məcəllənin 86.4-cü maddəsi ilə müəyyənləşir. Maddənin doqquz bəndində təhqiqatçının hüquqları göstərilib.

Dəyişiklik isə Məcəllənin 86.4.2-ci maddəsi üçün nəzərdə tutulub. Həmin maddəyə əsasən, təhqiqatçı şübhəli şəxsi tutmaq, onu, zərər çəkmiş şəxsi, şahidi dindirmək, ekspertiza təyin etmək hüququna malikdir.

Bununla yanaşı, təhqiqatçıya şübhəli şəxsi tanınmaya təqdim etmək, baxış, axtarış, götürmə, müayinə (şəxsi müayinə), üzləşdirmə, istintaq eksperimenti kimi təxirəsalınmaz istintaq hərəkətlərini aparmaq hüququ verilir.

Qanun layihəsində isə təhqiqatçı üçün həmin maddə üzrə digər hüquq da tanınır.

Təklif olunan dəyişikliklə təhqiqatçıya şəxsi axtarış, şəxsi müayinə, ifadələrini yerində yoxlanılması, tədqiqat üçün nümunələrin götürülməsi hüququ da verilir.

Qeyd edək ki, qanun layihəsi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iyunun 1-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.
Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
71 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...