“Koronavirusun yaratdığı iqtisadi böhran 10 il davam edəcək“ - Məşhur iqtisadçıdan şok proqnoz

“Koronavirusun yaratdığı iqtisadi böhran 10 il davam edəcək“  -

2008-ci ildəki iqtisadi böhranı əvvəlcədən bilən məşhur iqtisadçı Nouriel Roubini koronavirusun təsiri ilə bağlı xəbərdarlıq edib.

Yenisabah.az xəbər verir ki, mütəxəssis global iqtisayyatın 10 ilə güclə özünə gələcəyini vurğulayıb. İqtisadçı virus səbəbilə itirilən iş yerlərinin geri qayıtmayacağını diqqətə çatdırıb: "Misli görülməmiş iqtisadi durğunluq dövrünə keçmişik. Qlobal iqtisadiyyat bərpa olunsa belə, böyümə çox aşağı səviyyədə olacaq. 2008-ci il böhranında istehsalın sürətlə azalması 3 illik dövrün sonunda oldu. Bu dəfə həmin nöqtəyə 3 ilə və ya 3 aya yox, sadəcə 3 günə çatdıq. İqtisadiyyatın bütün sahələrində zəifləmə müşahidə edildi. Ən az 10 il davam edəcək qlobal depressiya ilə qarşı-qarşıyayıq. Gələcəkdə baş verəcək bərpa U və ya L şəklində olacaq. U şəklində bərpanın mənası odur ki, iqtisadi aktivliklər, zəifləmədən sonra uzun müddət aşağı səviyyədə qalır və daha sonra yüksəlişə keçir. L şəklində bərpada isə vəziyyət daha da pisdir. Belə ki, bu bərpa dönəmində sıfır böyümə və ya kiçilmə dövrü daha çox olur".

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
54 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...