Azərbaycanın baş infeksionisti və professordan koronavirusla bağlı SOS - XƏBƏRDARLIQ

Azərbaycanın baş infeksionisti və professordan koronavirusla bağlı

"Yaxın günlərdə koronavirusa yoluxma sayının artmasını müşahidə edəcəyik”.

Bunu Qaynarinfo-ya açıqlamasında professor Adil Qeybulla deyib. Onun fikrincə, hələ statistikada göstərilən rəqəmlər artmaqda davam edəcək:

"Çünki biz yumşalmaya hazırlıqsız olaraq getdik. Karantin qaydalarının şərtləri yumşaldılmazdan əvvəl iri ticarət mərkəzləri üçün təlimatlar hazırlanmalı idi. Yumşaldılmadan sonra onlar necə fəaliyyət göstərməlidirlər? Bundan əlavə, vətəndaşlar üçün maarifləndirmə işləri aparılmalı və onlara xəbərdarlıq edilməli idi. Vətəndaşlar isə heç bir qayda və tövsiyələrə məhəl qoymurlar. Necə gəldi davranırlar və virusu bir-birinə yoluxdururlar. Bu gün Azərbaycanda yoluxma potensialı kifayət qədər böyükdür və yoluxma indeksi yüksəkdir. Hətta bu qədər sərt tədbirlərin görülməsinə və davam etdirilməsinə baxmayaraq, yaxın günlərdə yoluxma sayının artmasını müşahidə edəcəyik. İnsanlar vətəndaş məsuliyyəti göstərmirlər. Maskasız, sosial məsafə gözləmədən, gigiyenik qaydalara əməl etmədən davranırlar.

Yaxşı olardı ki, qaydalar yumşalmazdan əvvəl təlimatlar hazırlansın və əhaliyə ciddi xəbardarlıq edilsin. Əgər yenidən sərt tədbirlərə qayıtsaq, yəni, evdə oturmaq və s. bu, daha ağır nəticələrə gətirib çıxardacaq. İnsanlar evdə oturmur, yay vaxtdır, biz onları da başa düşürük. İnsanlar əsas davranışlara diqqət etməlidirlər. Düşünürəm ki, xəstələrin sayı artqıqca yerlər catışmayacaq. O zaman da məcbur olacaqlar ki, yüngün xəstələri evə göndərsinlər”.

Respubliknın Baş infeksionisti Cəlal İsayev isə bildirib ki, hazırkı vəziyyətin əsas səbəbi ölkədaxili yoluxmadır:

"Vətəndaşlar qərargah tərəfindən verilən tövsiyələrə əməl etmirlər. Bu, hava-damcı infeksiyasıdır. Ağzımızdan qopan damcılar sağlam adamları yoluxdurur. Bunun da qarşısını almaq üçün maskadan istifadə etmək və ara məsafə saxlamaq lazımdır. İnsanlar ən azı iki metr məsafə saxlamalıdır. Bəzi mütəxəssislər deyir ki, məsafə bir metr yarım da ola bilər. Mən bununla razı deyiləm. Əgər deyilən tövsiyələrə əməl olunsa, virusun yayılmasının qarşısı alınır. Verilən tövsiyələrin hər biri önəm daşıyır. Çox təəssüf edirəm ki, verilən tövsiyələrə əməl edilmədiyindən Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, belə insanların cərimələnməsi təklif olundu. Bu da Milli Məclisdə səsə qoyulub təsdiqləndi. Bu da arzulanan bir şey deyildi. Amma insanların bir qismi qaydalara əməl etmir. Bu səbəbdən də xəstələnmə sayı getdikcə artır. Düşünürdük ki, havaların istiləşməsi kömək edəcək, virusu atladacağıq. Havalar da istiləşdi, amma yoluxma sayı ilə yanaşı, ölüm halları da artır. İndi bir deputatın açıqlamasını oxudum, deyir ki, insanlar xəstəliyə inanmır. İnsanlar nəyə inanmalıdır? Bütün dünya bu xəstəliklə mübarizə aparır. Buna insanlar niyə inanmasın? Deyirlər, xəstələr haqqında məlumat verilsin, daşıyıcılar adbaad yazılsın. Gəlin, Tibb Universitetinin Cərrahiyyə korpusuna, yaxud da "Neftçilər” xəstəxanasına, orada xəstələr müalicə olunur. Görün nə qədər insan əzizinin taleyindən narahatdır. Dövlət səviyyəsində buna bu qədər maddi vəsait xəsrclənir. Buna insanlar niyə inanmasınlar? Dövlət bu pulu insanlar üçün xərcləyir. Bundan artıq insanları necə inandıraq? Güman edirəm ki, tövsiyələrə əməl olunsa və bir yerdə mübarizə aparsaq, virusa qalib gələrik. Yadınızdadırsa, xəstəlik təzə yayılan vaxtı insanlar deyirdilər ki, "xəstəlik var, amma gizlədirlər”. Ordan-burdan şəkillər qoyurdular. İndi də deyirlər ki, "xəstəlik yoxdur, özləri artırır”. Belə şey olar? Hamı buna qarşı mübarizə aparır. Mən hamıdan xahiş edirəm ki, bu məsələdə bizə kömək eləsinlər, bizimlə birgə olsunlar. Qapalı məkanlarda mütləq maskadan istifadə etsinlər. Qapalı məkanlarda az olmaq məsləhət görülür. Yoluxma halları qapalı məkanlarda - marketlər, ticarət mərkəzləri, bazarlardan qaynaqlanır. Rusiyadan və başqa şəhərlərdən Azərbaycana qayıdan vətəndaşlar müayinədən keçirilir. İnsanlar karantinə alınır və 14 günün içində analizlərin cavabları açıqlanır. Cavablar normal olsa, onlar həyatlarına dönür. Əgər yoluxma sayı çox olarsa, xəstələrin yerləşdirilməsində problem olar. Hazırda belə bir problem yoxdur, çarpayı tutumu kifayət qədərdir.

Yadınızdadırsa, Avropa ölkələri böyük problemlə üzləşdi. Süni tənəffüs aparatı tapılmadı, məcbur olub aparatı yaşlılardan götürüb cavanlara qoşdular. Bu problem bizdə də yaşana bilər”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
486 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...