Bağlanan bankların qanunsuz cəlb etdiyi əmanətlərlə bağlı AÇIQLAMA

Bağlanan bankların qanunsuz cəlb etdiyi əmanətlərlə bağlı
“Azərbaycanda bağlanmış 4 bankın ("AGBank", "Amrah Bank", "Atabank" və "NBC Bank" ASC-lər) vaxtilə qanunsuz qəbul etdiyi əmanətlər müvəqqəti bloklanır”.

“Report” xəbər verir ki, bunu bankların ləğvedicisi olan Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) icraçı direktoru Tural Piriyev keçirdiyi mətbuat konfransında məlumat verib.

“Həmin əmanətlərlə bağlı araşdırma aparıb, onları blokdan çıxarmağa çalışacağıq. Əgər bu mümkün olmasa, Konstitusiya Məhkəməsinə müraciət etməklə qeyri-qanuni qəbul edilmiş əmanətləri qaytarmağa, bu məsələni vətəndaşların xeyrinə həll etməyə çalışacağıq”, - deyə o, qeyd edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
536 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...