Qarabağ veteranı Mehriban Əliyevadan kömək istəyir

Qarabağ veteranı Mehriban Əliyevadan kömək istəyir

Qarabağ veteranı Cəlilov Məhərrəm Eyvaz oğlu ev problemi ilə əlaqədar Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti və Ölkənin birinci xanımı hörmətli Mehriban xanım Əliyevadan kömək istəyir.

Qarabağ veteranı Cəlilov Məhərrəm Eyvaz oğlunun Mehriban xanım Əliyevaya müraciət məktubu.

Bildiyimiz kimi Qarabağ müharibəsi əlillərinin, veteranlarının və şəhid ailələrinin sosial problemlərinin həlli, həyat şəraitinin yaxşılaşdırılması hər zaman dövlətimizin diqqət mərkəzində olmuşdur.

Hörmətli Mehriban xanım, siz hər zaman vətənimizin müdafiəsi zamanı müharibə veteranlarının və sağlamlığını itirərək əlil olmuş döyüşçülərimizə xüsusi diqqət və qayğı göstərmisiniz.
Siz, bu qəbildən olan şəxslər ilə mütəmadi olaraq görüşür, problemləri ilə yaxından tanış olur, həlli istiqamətində yetərincə işlər görürsünüz.

Bildirmək istəyirəm ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət etmişəm və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə mərdliklə iştirak etmişəm.

Hörmətli Mehriban xanım!
Mən sizin səxavətinizə və humanistliyinizə inanaraq bu məktubu yazıram.
Hal-hazırda Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar pr 5, mənzil 30 ünvanında ailəmlə birlikdə 1 otaqlı şəraitsiz evdə yaşayırıq.Vətən üçün, dövlət üçün, torpaq üçün döyüşən, Qarabağ veteranıyam. Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə mərdliklə vuruşmuşam.
3 May 1967 ci ildə Qərbi Azərbaycanın Göyçə mahalının Basarkeçər rayonunun Güney kəndində anadan olmuşam.
İlk hərbi xidmətimi, 1985-1987-ci illərdə Rusiya Federasiyasının Xabaroviski vilayətində keçmişəm.
Qərbi Azərbaycanda baş verən konfiliktlər vaxtı ailəm ilə birlikdə Şəki şəhərinə köçərək orada məskunlaşmışdıq. Ailədə 4 qardaş, 1 bacı olmuşuq. Özümün və ailə üzvilərimin istəyilə torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərə yüzlərlə vətənpərvər qardaşlarım kimi könüllü olaraq yollandım.
Qeyd edim ki, döyüş yolum 1993-1996-cı illər Ağdam və Tərtər cəbhəsindən keçir. Döyüşdə olduğum ərazilər Ağdərə, Mərquşavan, Çaylı, Madagez olub. Döyüşdüyüm Tərtər rayonundan evlənmişəm.
Qarabağ veteranıyam, ailəliyəm. Ailədə 4 (dörd) nəfərik.Bir övladım hall hazırda hərbidə əsgəri xidmətdədir.
Yaşadığımız dənizçilər yataqxanasında dörd nəfərlik ailə üzvülərimlə birlikdə bir otaqlı 16-kv darısqal evdə yaşayırıq.
Ailə vəziyyətimizə görə, mənzil şəraitimizin yaxşılaşdırılması üçün 16.05.2014-cü ildə Bakı şəhəri Yasamal Rayon icra hakimiyyətinə müraciət etmişəm. Həmin tarixdən ev növbəsinə alınsam da, bu vaxta kimi heç bir tədbir görülməyib.Ailəmizin rahat yaşaması üçün bu barədə lazımı orqanlara göstəriş vermənizi xahiş edirik.
Bizi yaradan Allahdan və sizdən köməklik gözləyirik.
İnanıram ki, 1993-1996–cı illərin müharibə veteranı olmağımı və 4 nəfər ailə üzvümüzün yararsız bir otaqlı evdə yaşamamağımızı nəzərə alıb yeni mənzillə təmin olunmağımıza köməklik edəcəksiniz.
Ulu tanrı sizə yar olsun!
Dərin hörmətlə: Cəlilov Məhərrəm Eyvaz oğlu. //dominant.az//



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
426 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...