Azad Rəhimov ABŞ-a niyə gedib?

Azad Rəhimov ABŞ-a niyə gedib?


Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov ABŞ-da rəsmi səfərdədir.

Cənclər və İdman Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, oktyabrın 26-da ABŞ-ın paytaxtı Vaşinqtonda Milli Olimpiya Komitələri Assosiasiyasının (ANOC) 20-ci Assambleyası öz işinə başlayır.

Milli Olimpiya Komitələri Assosasiyasının prezidenti Şeyx Əhməd Əl Fahad Əl-Sabah və ABŞ Olimpiya Komitəsinin prezidenti Lawrence Probstun dəvəti ilə Amerikada səfərdə olan nazir A.Rəhimov assambleya çərçivəsində Beynəlxalq Olimpiya Komitəsinin, Beynəlxalq federasiyaların, Milli Olimpiya komitələrinin və Olimpiya Hərəkatı ilə sıx əməkdaşlıq edən təşkilatların rəhbərləri ilə görüşlər keçirəcək.

Görüş zamanı A. Rəhimov 2017-ci ildə Azərbaycanda keçiriləcək İslam Həmrəyliyi oyunlarına hazırlıq prosesi haqda danışacaq, bu istiqamətdə görülməli olan işlər ətrafında müzakirələr aparacaq.

Oktyabrın 30-dək davam edəcək assambleyada peşəkar idmançıların təlimi, ətraf mühitin qorunmasında Olimpiya Hərəkatının rolu, idman və sosial inkişaf, olimpiya həmrəyliyi və bir sıra mövzular barədə çıxışlar və onların ətrafında müzakirələr olacaq.-



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
932 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...