Düşmənin Qarabağda itkiləri artır: Yerevanda gül bahalaşır

Düşmənin Qarabağda itkiləri artır:

Son bir neçə gündə Ermənistanın gül bazarında kəskin bahalaşma müşahidə olunur. Bahalaşmanın səbəbini Qarabağ uğrunda gedən döyüşlərdə ölənlərin sayının çox olması ilə əlaqələndiriblər.

Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu ölkənin İqtisadi Rəqabətin müdafiəsi üzrə dövlət komissiyası da təsdiqləyib.

Komissiyanın mətbuat katibi Anya Smbatyan sosial şəbəkə hesabından bildirib ki, yas mərasimlərinin təşkili üçün hazırlanan əklillərin, gül çələnglərinin qiyməti dövlət orqanlarının müdaxiləsi ilə tənzimlənib, qiymətlər bir qədər aşağı salınıb.

Qeyd edək ki, ölənlərin yaxınları və ailələri gül bazarındakı qiymətlərin artması ilə bağlı oktyabrın 14-dən etibarən yerli mətbuatda və sosial şəbəklərdə tənqidi çıxışlar ediblər. Bilidiriblər ki, ölənlərin çox olması səbəbindən güllərə təlabat olduqca çoxalıb. Nəticədə qiymətlərin kəskin artmasına səbəb olub.

Onu da qeyd edək ki, Ermənistan mətbuatı itkilərinin çox olduğunu etiraf etməsələr də, əklillərə və mərasim üçün hazırlanan gül çələnglərinə təlabatın artması itkilərin çox olmasının sübutudur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
477 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...