İşğal olunmuş ərazilərdə Azərbaycan tərəfinə keçən mülki əhalinin təhlükəsizliyi təmin ediləcək - MN

 İşğal olunmuş ərazilərdə Azərbaycan tərəfinə keçən mülki əhalinin təhlükəsizliyi təmin ediləcək -
Azərbaycanın Hərbi Komandanlığı döyüşlər gedən istiqamətlərdəki yaşayış məntəqələrində məskunlaşan dinc əhaliyə bir daha müraciət edib.

Müdafiə Nazirliyindən daxil olan məlumata görə, müraciətdə xəsarət almamaları üçün mülki əhalinin hərbi obyekt və infrastrukturdan uzaq durması tövsiyə olunur.

Bundan başqa, müraciətdə deyilir ki, Azərbaycan tərəfinə keçən mülki əhalinin təhlükəsizliyinin, qida, tibbi yardım və digər ehtiyaclarının təmin edilməsi üçün komandanlıq bütün müvafiq zəruri tədbirləri görməyə hazırdır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
713 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...