Bakıda sabah da yağış yağacaq

Bakıda sabah da yağış yağacaq


Oktyabrın 29-da Bakıda və Abşeron yarımadasında fasilələrlə yağış yağacağı gözlənilir, yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var. Mülayim şimal küləyi əsəcək.

GUNDEMİNFO.AZ Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən bildirir ki, sabah havanın temperaturu gecə 10-12 dərəcə, gündüz 12-15 dərəcə isti olacaq. Sabah Azərbaycanın rayonlarında da arabir yağış yağacağı gözlənilir, bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Mülayim şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu Aran rayonlarında gecə 9-12, gündüz 12-16 dərəcə, dağlıq rayonlarda gecə 1-6, gündüz 6-10 dərəcə isti olacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
2976 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...