Lənkəranda güclü yağış yağır:

Lənkəranda güclü yağış yağır:


Hazırda Lənkəranda yağışlar davam edir. Yağıntının fəsadlarının qarşısını almaq üçün rayon fövqəladə hallar komissiyası ərazidə iş aparır, tədbirlər həyata keçirilir. Bu barədə Trend-ə Lənkəran rayon İcra Hakimiyyətindən məlumat verilib.

Qeyd edilib ki, yağış yağan ərazilərdən əhalinin təxliyəsi davam edir. , Əhali, əsasən, İstisu qəsəbəsi, Girdəni kəndi, Vilvan kəndi və Samurlu ərazisindən köçürülür. İndiyə qədər 150-yə yaxın ailə köçürülüb. İcra Hakimiyyətindən bildirilib ki, yağıntılar nəticəsində Vilvan kəndində olan körpünün bir hissəsi dağlıb. Vəziyyət hələ ki gərgindir. Yağış davam edir.

X X X

Lənkəran rayon İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, yağışlar nəticəsində İstisu qəsəbəsində də bir körpü uçulub. Hazırda qabaqlayıcı tədbirlər davam edir. Məlumata görə, yağıntılar aylıq normadan 50 faiz çox düşüb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1410 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...