Azərbaycanda vərəm xəstələrinin sayı azalıb - AÇIQLAMA

Azərbaycanda vərəm xəstələrinin sayı azalıb -


Еlmi Тədqiqat Аğ Ciyər Хəstəlikləri İnstitutunun nəzdində Milli Vərəm Proqramı Mərkəzinin həyata keçirdiyi profilaktik tədbirlər nəticəsində məlum olub ki, son illər Azərbaycanda vərəmlə xəstələnmə səviyyəsi azalıb, müalicə effektivliyi yüksəlib, xəstə kontingenti əhəmiyyətli dərəcədə azalıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumatda bildirilir ki, ölkədə vərəmli xəstələr dövlət hesabına tam pulsuz müalicə alırlar. Vərəmli xəstələrin dərmanla təchizatını 2010-cu ildən dövlət öz üzərinə götürüb. 2013-cü ildən dərmana davamlı vərəmli xəstələrin də müalicəsi üçün lazım olan dərman preparatları da dövlət tərəfindən təchiz olunur.

Vərəm əleyhinə xidmət paytaxtda və respublikanın bütün rayonlarında yerləşən 68 ixtisaslaşdırılmış müəssisədə həyata keçirilir. Hazırda 1 institut, 7 dispanser, 18 xəstəxana, 11 vərəm əleyhinə şöbə, 31 vərəm əleyhinə kabinet fəaliyyət göstərir.
Bundan əlavə, son illər ərzində Masallı, Tərtər, Ağdam, Naxçıvan, Quba, Bərdə, Zaqatala, Yevlax, Salyan, Sumqayıtda müasir standartlara cavab verən tibb müəssisələri tikilib və müasir avadanlıqlarla təchiz olunub.

Son illərdə dünya üzrə vərəm epidemiyasının sabitləşməsi meylləri müşahidə edilməkdədir. Bu əsasən yer kürəsinin iqtisadi artım qeyd olunduğu və yoxsulluqla mübarizədə uğurlar əldə edildiyi regionlara aiddir. Vərəm – əsasən hava-damcı yolu ilə ötürülən infeksion xəstəlikdir. Ümümdünya Səhiyyə Təşkilatının statistik məlumatına əsasən dünyada il ərzində 9 milyondan artıq insan bu xəstəliklə xəstələnir və 1 milyon 800 min insan bu xəstəlikdən vəfat edir. Bu səbəbdən vərəm problemi dünya səhiyyə sisteminin qlobal problemi olaraq, cəmiyyətin sağlam inkişafına təhlükə yaradır. Müalicə olunmayan bir yoluxucu vərəm xəstəsi 1 ildə 10-15 yeni xəstə yaradır. Xəstəliyin vaxtında düzgün müalicə olunmaması əlillik və ölümlə nəticələnir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
942 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...