İsa Qəmbər də koronavirusa qarşı peyvənd olundu

İsa Qəmbər də koronavirusa qarşı peyvənd olundu
Müsavat Partiyasının keçmiş başqanı, Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər də koronavirusa qarşı peyvənd olunub.

Musavat.com xəbər verir ki, bu barədə özü sosial şəbəkədəki hesabında məlumat paylaşıb.

Vaksinlə selfi çəkdirən İ. Qəmbər vətəndaşları peyvənd olmağa səsləyib: "Birinci doza peyvəndləndim. Özünüzü, millətimizi, bəşəriyyəti koronavirus bəlasından xilas etmək üçün peyvəndlənin!"

Qeyd edək İsa Qəmbər 1957-ci ili fevral ayının 22-də anadan olub. Bu gün onun 64 yaşı tamam olur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
744 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...