Ekologiya Nazirliyi 12,4 min manatlıq gül və əklil alacaq

Ekologiya Nazirliyi 12,4 min manatlıq gül və əklil alacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.

Yeniavaz.com xəbər verir ki, tender müsabiqəsinin qalibi “Floreal” MMC olub.

Qalib şirkət əlamətdar günlərlə əlaqədar olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinə 12 min 370 manat dəyərində gül və əklillər satacaq.

Tender müsabiqəsinin qalibi olan “Floreal” MMC 30.09.2019-cu il tarixində dövlət qeydiyyatına alınıb. 12,3 min manatlıq tenderin qalibi olan MMC Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov, ev 27a ünvanında qeydiyyatdadır. Nizamnamə kapitalı 100 manat olan MMC-nin qanuni təmsilçisi Əliyev Elvin Elçin oğludur.

Onu da qeyd edək ki, “Floreal” paytaxtın ən bahalı gül mağazalarından biri hesab olunur. Gül dəstlərinin qiyməti 100 - 500 manat arasında dəyişir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
680 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...