Tərtərdə təmas xəttində monitorinq keçirilib

Tərtərdə təmas xəttində monitorinq keçirilib


Noyabrın 5 -də Tərtər rayonu ərazisindəki qoşunların təmas xəttində ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq monitorinq keçirilmişdir. Monitorinqi Azərbaycan tərəfdən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Jiri Aberle və Saymon Tiller keçirmişlər. Monitorinq inisdentsiz başa çatmışdır.

Monitorinqdən əvvəl ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Jiri Aberle və Saymon Tiller Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovla görüşmüşlər. Rayon rəhbəri son günlər rayonun təmas xəttinə yaxın yerləşən kəndlərinin ermənilər tərfindən intensiv olaraq iriçaplı silahlardan atəşə tutulması barədə nümayəndə heyətinə məlumat vermişdir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
919 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...