Sayğacı koda düşənlərə şad xəbər

Sayğacı koda düşənlərə şad xəbər


Göstərilən xidmətin yaxşılaşdırılması və istehlakçıların fasiləsiz təbii qazla təmin edilməsi istiqamətində daha bir yenilik edilib. “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə daxil olan məlumata görə, artıq smart tipli qaz sayğacları koda düşdüyü zaman abonentlər öz kartları vasitəsilə sayğacı işə sala biləcəklər. Bunun üçün müvafiq proqram təminatında işlər aparılıb.

Qeyd edək ki, abonentlər öz kartları ilə yalnız “ALARM 3”, “ALARM 5” və “FO-44” koda düşmələrini aradan qaldıra bilərlər. Bunun üçün abonentlər göstərilən təlimatları ardıcıllıqla yerinə yetirməlidirlər. Smart tipli sayğac koda düşdükdə əvvəlcə kart koda düşmüş sayğaca daxil edilir. Bu zaman sayğacın ekranında olan informasiya avtomatik olaraq həmin abonentin kartının yaddaşına köçürülür və iki siqnal səsindən sonra kart sayğacdan çıxarılır. İstənilən ödəmə məntəqəsində kartın balansına minimum 1 AZN və ya daha artıq miqdarda məbləğ ödənilir. Ödəniş həyata keçirildikdən sonra abonentin mənzilində olan qaz cıhazları təhlükəsizlik tələblərinə uyğun olaraq sızma testinin aparılması üçün bağlı vəziyyətdə saxlanılmalıdır.

Həmçinin kart ödəniş həyata keçirmək üçün sayğaca daxil edilir və iki siqnal səsindən sonra kart sayğacdan çıxarılır. Sayğacın üzərindəki göy düymə (klapan aç) 5 saniyə sıxılı saxlanılır. Bu zaman sayğac özü avtomatik olaraq 190 saniyədən geri saymağa başlayır. Göstərilən müddət bitdikdən sonra saygac koddan çıxır və təbii qazın verilişi bərpa olunur. Xatırladaq ki, bu əməliyyat üçün heç bir xidmət haqqı tələb olunmur. Sayğacın koddan çıxarılması zamanı ödənilən məbləğ isə abonentin balansına əlavə olunur və istehlakçı həmin məbləğə uyğun təbii qazdan istifadə edə bilər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1191 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...