Havanın temperaturu sıfır dərəcəyə enəcək

Havanın temperaturu sıfır dərəcəyə enəcək


Noyabrın 7-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Səhər və axşam yarımadanın bəzi yerlərində çiskinli yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək. Virtualaz.org Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən bildirir ki, havanın temperaturu gecə 7-10 dərəcə, gündüz 11-14 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında da bəzi yerlədə yağış yağacağı gözlənilir, səhər ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu Aran rayonlarında gecə 4-9, gündüz 10-15 dərəcə, dağlıq rayonlarda gecə 0-5, gündüz 7-12 dərəcə isti olacaq. Noyabrın 7-9-da Abşeron yarımadasında meteoloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişli olsa da rütubətli hava şəraitinin üstünlüyü bəzi insanlarda narahatlıq hissi yardan bilər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
913 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...