Noyabrda məktəblilər 6 gün evdə olacaqlar

Noyabrda məktəblilər 6 gün evdə olacaqlar


5 və 6 günlük məktəblərdə dərslər fərqli vaxtlarda başlayacaq. Payız tətilindən sonra ümumtəhsil müəssisələrində dərslər fərqli vaxtlarda başlayacaq. Təhsil Nazirliyinin mətbuat xidmətindən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamna­məsi”ndə dəyişikliklər edilməsi haqqında” Nazirlər Kabinetinin qərarına əsasən, dərs ili ərzində 5 gün payız tətili (16-20 noyabr) müəyyən edilib.

Noyabrın 20-si həftənin beşinci gününə təsadüf etdiyindən 2015-2016-cı dərs ilində 5 günlük iş həftəsi ilə işləyən ümumtəhsil müəssisələrində payız tətilindən sonra dərslər noyabrın 23-də, 6 günlük iş həftəsi ilə işləyən müəssisələrdə isə noyabrın 21-də başlayacaq. Qeyd edək ki, təhsil naziri Mikayıl Cabbarovun imzaladığı əmrlə 2015-2016-cı tədris il ərzində aşağıdakı tətillər müəyyən edilib: 5 gün payız tətili (16-20 noyabr), 5 gün qış tətili (27-31 yanvar), ibtidai siniflər üçün isə 5 günlük (1-5 may) əlavə yaz tətili.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1068 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...