Yağış Ziya Bünyadov prospektində hərəkəti iflic etdi

Yağış Ziya Bünyadov prospektində hərəkəti iflic etdi


Aramsız yağan yağışlar Bakının Ziya Bünyadov prospektində avtomobillərin hərəkətini iflic edib. Ərazidəki ticarət mərkəzlərinin qarşısında gölməçələr yaranıb.

“Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı Trend-ə bildirib ki, hazırda sözügedən ərazidə qurumun xüsusi maşın və briqadası işləyir: “Aramsız yağışlar Ziya Bünyadov prospektində, Elit Ticarət Mərkəzinə yaxın ərazidə problemlər yaradıb. Amma hazırda əməkdaşlarımız xüsusi maşınlarla qalıq suları çəkirlər. Ümid edirik ki, çox qısa vaxtda problem aradan qalxacaq”.

Qeyd edək ki, dünəndən yağan yağışlar Bakının bir sıra yerlərində qalıq sular, gölməçələr əmələ gətirib. Bu isə avtomobillərin hərəkətində problemlər yaradıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
979 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...