Keşikçidağda Tunc dövrünə aid böyük kurqanlar tapılıb

Keşikçidağda Tunc dövrünə aid böyük kurqanlar tapılıb
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin dəstəyi ilə həyata keçirilən “Keşikçidağda elmi-arxeoloji qazıntılar və yay məktəbi” adlı lahiyə çərçivəsində arxeoloji tədqiqatların yeni mərhələsi başlayıb.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, qazıntılar zamanı Tunc dövrünə aid böyük kurqanlar, zəngin mədəni irsə malik qəbir abidələrində dövrün ən maraqlı, həm də vacib elementləri aşkar edilib.

Aşkar edilən kurqan tipli qəbir abidələri onu deməyə əsas verir ki, burada yüksək sosial statusa malik qədim tayfa nümayəndələri yaşayıb və dəfn ediliblər.

İlkin araşdırmalar zamanı Sarıyoxuş dərəsi 2 saylı kurqanın dəfn kamerasından Qədim Şərqdə geniş istifadə olunan silindrik möhür xüsusi olaraq diqqəti çəkməkdədir. Möhürdən çıxarılmış həkk üzərindəki təsvirlər Ön Asiyadakı Mitanni imperiyasının ən yüksək inkişaf dövrünün üslubundadır. Silindrik möhür eramızdan əvvəl II minilliyin sonu I minilliyin əvvəlində Şimali Azərbaycan ərazisində sinifli cəmiyyətlərin və dövrünə uyğun dövlət quruluşunun mövcudluğunun göstəricisidir. Bu möhürün sayca altıncısının tapılması xarici alimlərin də maraq dairəsində olub.

Arxeoloji kəşfiyyat zamanı Sarıyoxuş və Karvan dərələrinin sərhədlərinin kəsişməsində “Ceyran çuxuru” adlanan ərazidə daha 3 daş və 1 torpaq örtüklü kurqan tipli qəbir abidələri qeydə alınıb. Arxeoloji qazıntılardan əldə olunan nəticələr onu sübut edir ki, “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisi bu cür tarixi maddi-mədəniyyət nümunələri ilə zəngindir.

Mədəniyyət Nazirliyinin Mədəni irsin qorunması şöbəsinin müdiri Ruslan Ənvərli bildirib ki, hər iki kurqanda orta tunc dövrünə aid arxeoloji tapıntılar tapılıb: “Bunlar əsasən qəbilə başçısı, onun yanında olan müxtəlif azuqələr, qurbangahlar nizə qılınc və tunc xəncərlər aşkar edilib. Bu da onu göstərir ki, bu ərazilər daha çox Xocalı-Gədəbəy arxeoloji mədəniyyətinin daşıyıcılarıdır.

Arxeoloq Pərviz Qasımov deyib ki, bu tapıntı elmi dövriyyəyə daxil edilikdən sonra xaircdə böyük maraq yaradacaq: “Bəxtimiz gətirdi ki, Azərbaycanda bu üzvi maddə ilə, yəni ekofaktlarla insan qalıqları, ağac qalıqları ilə birlikdə aşkar olundu”.

Ərazidə arxeloji qazıntılarla bərabər arxeoloji kəşfiyyat işləri də davam etdilir.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
711 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...