Şuşada qəzaya düşən hərbi qulluqçumuz vəfat etdi - FOTO

Şuşada qəzaya düşən hərbi qulluqçumuz vəfat etdi -
Bir müddət əvvəl Şuşada hərbi maşının aşması nəticəsində yaralanan müddətdən artıq xidmət edən hərbi qulluqçu, Saatlının Qara Nuru kənd sakini Ülvi Xanəhməd oğlu İbrahimov vəfat edib.

Qaynarinfo xəbər verir ki, bu barədə oxu.az-a Qara Nuru kənd icra nümayəndəliyindən məlumat verilib. Bildirilib ki, Ü. İbrahimov ötən gün müalicə aldığı xəstəxanada dünyasını dəyişib. O, dünən axşam saat 22:00 radələrində Qara Nuru kənd qəbiristanlığında torpağa tapşırılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
774 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...