Anım Günündə al qırmızı geyinən Mehriban Qaralova kimdir? - FOTO

Anım Günündə al qırmızı geyinən Mehriban Qaralova kimdir? -

Vətən müharibəsi şəhidlərinin Anım Günündə xoşagəlməz bir hadisənin yaşandığı barədə xəbər yayılıb.

Sosial şəbəkələrdə yayılan həmin məlumatda iddia edilir ki, 27 sentyabrda al qırmızı geyinən Abşeron Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Mehriban Qaralova bu libasda anım tədbirinə qatılmaqla hamını təəccübləndirib. Onun fotoları sosial şəbəkələrdə paylaşılıb, nəticədə baş həkim müzakirə mövzusuna və qınaq obyektinə çevirilib.

Yayılan şəkillərdən görünür ki, Mehriban Qaralovanın təkcə paltarı qırmızı deyil, ayaqqabısı, hətta maskası da eyni rəngdədir.

Sosial şəbəkə istifadəçiləri Mehriban Qaralovanın Anım Gününə başdan-ayağa al qırmızı geyimdə gəlməsini şəhidlərə hörmətsizlik kimi qiymətləndirib, ondan üzr istəməyi tələb ediblər.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) əməkdaşı Elnarə Baxışova Mehriban Qaralovanın quruma məxsus səhiyyə müəssisəsində çalışdığını təsdiqləsə də, ətraflı məlumat verməyib:

“Mehriban Qaralova xəstəxanada çalışır. Məsələ ilə bağlı özü ilə əlaqə saxlamaq mümkün olmayıb”.

Qeyd edək ki, Mehriban Qaralova YAP funksioneri, keçmiş deputat Zahid Qaralovun qızı, sabiq baş prokuror Zakir Qaralovun əmisi qızıdır.
Anım Günündə al qırmızı geyinən Mehriban Qaralova kimdir? -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
549 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...